«Allo!» beynəlxalq danışıq kartlarının üstünlükləri

Sərfəli qiymət

«Allo!» beynəlxalq danışıq kartları vasitəsilə edilən beynəlxalq telefon zənglərinin qiymətləri adi telefon zənglərindən (ev və mobil telefonundan, şəhərlərarası danışıq məntəqəsindən, sifarişlə zəngdən və s.) sizin üçün daha sərfəlidir. Belə ki, «Allo!» beynəlxalq danışıq kartları vasitəsilə edilən zəng zamanı sizin beynəlxalq telefon danışığında etdiyiniz qənaət 50% təşkil edir

Istiqamət Bir dəqiqənin qiyməti, AZN
MDB və Baltikyanı ölkələr 0,18
İran, Türkiyə 0,23
Avropa, Amerika və digər ölkələr 0,27

Müqaisə üçün hal hazırda Azərbaycan Respublikası ərazisində qüvvədə olan beynəlxalq telefon danışıqlar üçün tarif dərəcələrini nəzərinizə çatdırırıq:

Istiqamət Bir dəqiqənin qiyməti, AZN
MDB və Baltikyanı ölkələr 0,36
İran, Türkiyə 0,45
Avropa, Amerika və digər ölkələr 0,54

Telefon xəttində beynəlxalq çıxışın zəruri olmaması

«Allo!» beynəlxalq danışıq kartlarından istifadə etdikdə sizin telefon xəttinizdə beynəlxalq çıxış olmaya bilər. Azərbaycan Respublikasının bütün ərazisindən şəhər telefonu ilə «121» nömrəsinə zənglər pulsuzdur. Mobil telefonlardan zəng etdikdə, siz əlavə olaraq «şəhər» zənginin məbləğini ödəyirsiniz.

Artıq xarıcı ölkələrə zənq etdikdə sizə beynəlxalq telefon danışığı üçün hesab gəlməyəcək, siz yalnız balansınızda olan məbləğ miqdarında danışa bilərsiniz.

Hər növ telefon aparatlarından zəng etmək imkanı və istifadədə sadəlik

«Allo!» beynəlxalq danışıq kartlarından hər növ telefon aparatları vasitəsilə istifadə oluna bilər. Bundan əlavə, «Allo!» beynəlxalq danışıq kartları istifadədə olduqca asan və sadədir.

Hal-hazırda «Allo!» beynəlxalq danışıq kartları Respublikamızın bütün mobil və rabitə operatorları tərəfindən dəstəklənib tanınmışdır. İstisna AzEuroTel, AzTrank, Katel və Ultel abunəçiləri təşkil edir. Azərbaycan Respublikasının bütün ərazisindən şəhər telefonu ilə «121» nömrəsinə zənglər pulsuzdur. Mobil telefonlardan zəng etdikdə, siz əlavə olaraq «şəhər» zənginin məbləğini ödəyirsiniz.

Əvvəlcədən ödəniş

«Allo!» beynəlxalq danışıq kartlarından istifadə etdikdə siz yalnız balansınızda mövcud olan məbləğ miqdarında danışa bilərsiniz. Sizin aldığınız kartın nominalı (1, 5, 10, 20 AZN) balansınızda olan məbləğdir.

Kartın uzun müddət ərzində aktiv olması

«Allo!» beynəlxalq danışıq kartları aktivləşdirildikdən sonra 90 gün ərzində etibarlıdır. Bu müddət ərzində siz balansınızda olan qalıqdan istənilən vaxt istifadə edə bilərsiniz.
Diqqətinizə çatdırmaq istərdik ki, kartınız itirildikdə kartın PİN-kodundan digər şəxslər də istifadə bilər. Buna görə aldığınız kartlarla ehtiyyatla davranmağınız xahiş olunur.