Müqavilə

Bundan sonra “Provayder” adlanacaq ALLO Şirkəti istənilən şəxslər üçün əvvəlcədən ödənişli Kart üzrə Xidmətlərin (bundan sonra – “Oferta”) göstərilməsi üzrə hazırkı Açıq ofertanı (yəni, müqavilə bağlamaq təklifi) dərc edir.

Hazırkı Ofertada verilən aşağıdakı terminlər bu mənalara malikdir:

“Oferta” – Provayderin hazırkı Ofertada göstərilən eyni əhəmiyyətli şərtlər əsasında əvvəlcədən ödənişli “ALLO!” telefon kartları üzrə Xidmətlər Göstərilməsinə dair müqavilə (bundan sonra – “Müqavilə”) bağlamaq üçün istənilən şəxsə ünvanlanan təklif;

"Abunəçi" - Provayder ilə hazırkı Ofertada irəli sürülən şərtlər üzrə Müqavilə bağlayan şəxs;

  • "Müqavlə" - Provayder və Abunəçi arasında Abunəçi tərəfindən Ofertanın şərtlərinin aksepti (yəni, qəbul edilməsi) anında (bundan sonra – “Aksept”) hazırkı Ofertanın şərtləri əsasında bağlanmış əvvəlcədən ödənişli kart üzrə Xidmətlərin göstərilməsinə dair müqavilə;
  • "Aksept" - Abunəçi tərəfindən hazırkı Ofertanın şərtlərinin kart əldə edilməsi yolu ilə həyata keçirilən tam və qeyd-şərtsiz qəbul edilməsi;
  • "Xidmətlər" və ya "Xidmət" – Xidmətə Provayderin texniki resurslarından istifadə edilməsi, yəni: Provayder tərəfindən Müqavilənin şərtləri üzrə və müddəalarına müvafiq olaraq Kartların alınmasından sonra Provayder tərəfindən səsli informasiyanın ötürülməsi üçün təmin edilən əvvəlcədən ödənişli “ALLO!” telefon kartlarından istifadə daxildir. Xidmət milli rabitə operatoru “Aztelekom” İstehsalat Birliyi tərəfindən təqdim edilir;
  • "Şəxsi hesab" –Abunəçinin Kartın nominalına uyğun olan pul vəsaitlərinin nağd və xərclənmə balansı. Şəxsi hesab Abunəçinin Kartının aktivasiyası ilə açılır. Şəxsi hesabın və balansın yoxlanması Kartın arxa hissəsində göstərilən istifadə Qaydalarına uyğun olaraq həyata keçirilir.
  • "Kart” –Provayderin karti - bu Kart vasitəsilə Xidmətlərə çıxışın həyata keçirildiyi PİN-kod daşıyıcısıdır. Kart doldurulan deyil. Kartın etibarlılıq müddəti tətbiq edilir – bu, onun arxa hissəsində göstərilən Kartın aktivasiyasının ilk anından (PİN-kodun ilk daxil edilməsi) başlayan vaxtdır. Kart 90 (doxsan) təqvim günü ərzində etibarlıdır;
  • "PİN-kod"- Xidmətlərə çıxışı əldə etmək üçün şəxsi eyniləşdirmə nömrəsi (paroldur). PİN-kod üzrə Abunəçinin Provayderin şəbəkəsində avtorizasiyası həyata keçirilir. Yazışma və danışıqlar zamanı PİN-kodu göstərmək qadağandır. Hər bir PİN-kod Tərəflər arasında aparılan yazışma və danışıqlarda istifadə edilən öz seriya nömrəsinə malikdir. PİN-kodun seriya nömrəsi PİN-kodun qoruyucu qatı altında olduğu Kartın nömrəsinə uyğun gəlir.
  • «Tərəflər» və ya «Tərəf» - bundan sonra mətn üzrə birlikdə, yaxud ayrılıqda adlanacaq Provayder və Abunəçiindir.

1. Müqavilənin predmeti
1.1. Əvvəlcədən ödənişli “ALLO!” telefon kartlarının istifadəsi üzrə Xidmətləri Provayder təqdim, Abunəçi isə əldə edir.
1.2. Abunəçi Kartı əldə etmiş və Xidmətlərin alınması üçün texniki imkanlara malik istənilən şəxs ola bilər.
1.3. Provayder və Abunəçi arasında predmet, Xidmət, eləcə də onun təmin edilməsi və hüquqi durumunu müəyyən etmək üçün hesablaşmalar və hazırkı Müqavilə üzrə tərəflərin üzərinə düşən məsuliyyətlərdən ibarətdir.
1.4. Abunəçi tərəfindən kartın qanuni əldə edilməsi onun hazırkı Müqavilənin (Ofertanın aksepti) şərtləri ilə tam və qeyd-şərtsiz razılaşdığını göstərir və hazırkı Müqavilənin bağlanması anı hesab olunur.

2. Tərəflərin öhdəlikləri
2.1. Provayderin öhdəlikləri
2.1.1. Provayder hazırkı Müqavilənin bağlanması anından Abunəçiyə hazırkı Müqavilədə müəyyən edilən keyfiyyət tələblərinə və Xidmətin təsvirinə müvafiq olaraq Xidmət göstərməyi öz öhdəsinə götürür. Provayder Abunəçiyə Şəxsi hesabında vəsaitlərin durumunu yoxlamaq imkanı verir.
2.1.2. Provayder 24 saat ərzində Abunəçiyə müştəri xidmətinin pulsuz telefon məsləhətləri almaq imkanı verməyi öz öhdəsinə götürür. Məsləhətlərin həcmi Xidmətlərin göstərilməsi ilə bağlı konkret suallarla məhdudlaşır.
2.1.3. Provayder Abunəçidən qəbul edilən və ona göndərilən informasiyaların məxfiliyini təmin etmək üçün ümumi şəkildə qəbul edilmiş texniki və təşkilati tədbirləri həyata keçirməyi öz öhdəsinə götürür. Abunəçi tərəfindən qəbul edilən və ya göndərilən informasiyalara üçüncü tərəflərin çıxışı müstəsna olaraq Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq təmin edilir.
2.2. Abunəçiin öhdəlikləri
2.2.1. Kartın əldə edilməsi anınadək (Müqavilənin bağlanmasınadək) hazırkı Müqavilənin məzmunu Provayderin saytında (http://www.allo.az) verilən İstifadə Qaydaları (http://www.allo.az saytındakı “Necə zəng etməli” bölməsinə müraciət etmək) və Tariflər (http://www.allo.az saytındakı “Tariflərimiz” bölməsinə müraciət etmək) ilə tanış olmaq.
2.2.2. Abunəçi Xidmətlərdən istifadə Qaydaları və hazırkı Müqavilədə irəli sürülən digər tələbləri yerinə yetirməyi öz öhdəsinə götürür.
2.2.3. Abunəçi Şəxsi hesabın müsbət balansını müstəqil şəkildə saxlamağı öz öhdəsinə götürür.
2.2.4. Abunəçi Provayderin saytında (http://www.allo.az) hazırkı Müqaviləyə edilən dəyişiklik və əlavələrlə bağlı məlumatlarla, Xidmətlərin təmin edilməsi şərtləri və tariflər haqqında məlumatlarla müstəqil və müntəzəm tanış olmağı öz öhdəsinə götürür.

3. Hesablaşma qaydaları
3.1. Xidmətlərə çıxış yalnız Abunəçinin Şəxsi hesabında müsbət balans olduğu zaman təmin edilir.
3.2. Xidmətlərin ödəniş qaydaları - milli valyuta olan Azərbaycan manatında avans ödəniş kimi çıxış edən, Abunəçinin Şəxsi hesabına hesablanan, kartların əvvəlcədən ödəniş edilməklə əldə edilməsi deməkdir. Xidmətlərin təqdim edilməsinə görə hesablaşma Xidmətlərdən istifadə edilməsi üzrə mövcud tariflərə müvafiq olaraq Abunəçinin Şəxsi hesabından vəsaitin silinməsi ilə həyata keçirilir.
3.3. İşin əvvəlində Abunəçi Provayderin rəsmi diler şəbəkələrindən Kartı əldə etməli və onu aktivləşdirməlidir.
3.4. Bütün tariflər Provayder tərəfindən mili valyutada – Azərbaycan manatında müəyyən edilir. Provayder tərəfindən müəyyən edilən Tariflərə Azərbaycan Respublikasının ərazisində qüvvədə olan bütün rüsum və vergilər daxildir.
3.5. Abunəçi üçün tariflənmə və hesabatlığın formalaşdırılması qaydaları Provayder tərəfindən müəyyən edilir.

4. Xidmətə çıxışın dayandırılması.
4.1. Provayder Abunəçinin Şəxsi hesabında sıfır balans olduğu zaman qabaqcadan xəbərdarlıq etmədən Abunəçinin Xidmətlərə çıxışını dayandıra bilər. Bu təqdirdə Xidmətlərə çıxış yeni Kart alanadək bağlı olur. “Sıfır balans” dedikdə seçilən Xidmət üzrə bir tarifikasiya vahidinin ödənilməsi üçün Kartda kifayət qədər vəsaitin olmamağı nəzərdə tutulur. Hazırkı Müqavilənin şərtlərinə müvafiq olaraq tarifikasiya vahidi 10 (on) saniyə vaxt kəsiyi hesab olunur.
4.2. Abunəçi Provayderin əsaslı şəkildə hazırkı Müqavilədə irəli sürülən Xidmətlərdən istifadə qayda və normalarının pozulması qənaətinə gəldiyi fəaliyyətlərə cəlb edilərsə, onda Provayder əvvəlcədən xəbərdarlıq etmədən Abunəçinin Xidmətlərə çıxışını dayandıra bilər.

5. Məsuliyyətin məhdudlaşdırılması.
5.1. Provayder Müqavilənin 6.2-ci bəndində müəyyən edilən qaydaya əməl edərək tariflərdə dəyişiklik etmək hüququna malikdir.
5.2 Provayder onun iştirakı olmadan təşkil edilmiş rabitə xətlərinin keyfiyyətinə, onun tərəfindən nəzarət edilməsinin mümkün olmadığı sahədə birbaşa və ya dolayı səbəblərdən baş verən xidmətin ləngimə və dayanmasına görə məsuliyyət daşımır.
5.3 Xidmət Abunəçinin maraqlarına minimal zərər vura biləcək vaxtda planlaşdırılan zəruri profilaktik və təmir işlərinin həyata keçirilməsi istisna olmaqla, hər gün, sutkanın 24 saatı ərzində təqdim edilir.
5.4. Xidmərt “olduğu kimi” ("as is") və təqdim edildiyi anda istifadə edilməsi mümkün olan halda təqdim edilir, bu zaman istər birbaşa, istərsə də dolayı olaraq heç bir (Xidmətlərdən konkret məqsədlər üçün istifadə edilməsi zəmanəti daxil olmaqla, lakin onunla məhdudlaşmadan) zəmanət verilmir.
5.5. Provayder tərəfindən verilən istənilən informasiya və məsləhətlərə zəmanət kimi baxıla bilməz, belə ki onlar Xidmətlərin təmin edilməsinin texniki üsulu deyil, yalnız məsləhətdirlər.
5.6. Provayder Xidmətin fasiləsiz və ya heç bir səhv olmadan təmin ediləcəyinə zəmanət vermir. Heç bir halda Provayder onun günahı olmadan işdə baş verən səhv, işə gəlməmə, fasilələr nəticəsində, funksiyaların dəyişməsi, Xidmətlərin göstərilməsində qüsur və ləngimələr səbəbindən İstifadəçiyə dəyən birbaşa, yaxud dolayı zərərə və / və ya əldən çıxmış mənfəətə görə məsuliyyət daşımır.
5.7. Abunəçi tam şəkildə öz PİN-kodunun saxlanması və ondan icazəsiz istifadə edilməsi səbəbindən yaranan itkilərə görə məsuliyyət daşıyır. Üçüncü tərəflərin Abunəçinin PİN-kodundan icazəsiz istifadə edilməsinə görə Provayder məsuliyyət daşımır və itkilərə görə ödəniş etmir.
5.8. Abunəçinin PİN-kodu vasitəsilə Xidmətlərə edilən bütün müraciətlərə və görülən əməliyyatlara görə Abunəçi tam məsuliyyət daşıyır.
5.9. Hazırkı Müqavilənin hər hansı bəndinin hərfi mənada yerinə yetirmək mümkün olmadıqda, o, Tərəflərin ilkin maraqları nəzərə alınmaqla Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinə müvafiq olaraq izah edilir, bu zaman Müqavilənin yerdə qalan hissəsi tam şəkildə öz qüvvəsini saxlayır. Tərəflərin davranışlarının yaranmış təcrübəsi, yaxud da analoji xidmətlərin göstərilməsi təcrübəsi hazırkı Müqavilənin müddəalarının dəyişdirilməsinə səbəb ola bilməz.
5.10. Tərəflər arasında tənzimlənməsi mümkün olmayan tələblər irəli sürülən zaman onlardan hər biri Azərbaycan Respublikasının mövcud Qanunvericiliyində müəyyən olunmuş qaydada öz pozulmuş hüquqlarını müdafiə edə bilərlər.
5.11. Tərəflər Kartların alınması anında alıcının (Abunəçinin) hazırkı Müqavilə ilə tanış olduğu və razılaşdığını qəbul edirlər.
5.12. Hazırkı Müqavilə ilə nəzərdə tutulmamış o biri məsələlər üzrə Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyini rəhbər tuturlar.

6. Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi
6.1. Müqavilə bağlandığı andan başlayaraq Kartın fəaliyyət müddətinin bitdiyi anadək etibarlıdır.
6.2. Hazırkı Müqavilə Provayderin rəsmi sənədidir. Provayder dəyişikliklərin qüvvəyə mindiyi tarixə ən azı 10 (on) gün qalmış http://www.allo.az saytında dəyişikliklərə dair bildiriş dərc etməklə müstəqil şəkildə hazırkı Müqavilənin şərtlərini, mövcud tarifləri və Xidmətlərə çıxış qaydalarını dəyişdirə, hazırkı Müqaviləyə Əlavələr edə bilər.
6.3. .Abunəçi http://www.allo.az saytında dəyişikliklərin olmasını yoxlamağa görə məsuliyyət daşıyır. Abunəçinin hazırkı Müqavilənin şərtlərinə və tariflərə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra Xidmətlərdən istifadəni davam etdirməsi Abunəçinin tətbiq edilən dəyişiklik və əlavələrlə razı olması kimi nəzərə alınacaq.
6.4. Provayder istənilən üçüncü tərəflərə Müqaviləyə xitam verilməsi haqda bildirişin verilib və ya verilməməyinə və bu cür xəbərdarlığın olması, yaxud olmamağı nəticəsində yaranan mümkün nəticələrə görə məsuliyyət daşımır.
6.5. Abunəçi təqdim edilən Xidmətlərin şərtlərindən, yaxud da keyfiyyətindən razı qalmadıqa, o vahid və müstəsna hüququna malikdir - Xidmətlərdən istifadəni dayandırmaq və hazırkı Müqaviləyə xitam vermək.