Korporativ müştərilər üçün

Korporativ şərtlərlə “Allo!” sisteminə qoşulma: ödəniş ayda birdəfə edilir, edilən zənglərin çap açıqlamasının əldə olunması imkanı, həmçinin şirkətinizin bir neçə telefonundan bu sistemdən istifadə oluna bilər (mobil telefonlar daxil olmaqla). Qoşulan nömrələrin sayına məhdudiyyət qoyulmur. Korporativ qoşulmanın üstünlüklərindən biridə ondadır ki, sistemə daxil olma, kart üslubundakı kimi PİN-kod vasitəsilə aparılmır. Burada sistemə daxil olma avtomotik olunur. Beləliklə Siz bu sistemə çox asanca mini-ATS və digər daxili rabitə vasitəsilə qoşula bilərsiniz.

Ayda birdəfə hesab-faktura ilə birgə Sizə zənglərin yazılı açıqlaması təqdim olunur. Yazılı açıqlama bunları özündə əks etdirir: şirkətinizin hansı nömrəsindən zəng edilib, zəngin istiqaməti, günün hansı vaxtında zəng olunub və zəngin müddəti. Bu üsul vasitəsi ilə Siz Beynəlxalq zəmglərinizə nəzarət edə bilərsiniz.