Necə zəng etməli

  • İstənilən nominalda «Allo!» kartı əldə edirsiniz
  • «İstifadə qaydaları»nda göstərilənləri həmin sırada həyata keçirirsiniz:

Nümunə 1: (Rusiyanın Moskva şəhərinə zəng)

121-ə zəng edirsiniz, PİN-kodu və # düyməsini daxil edirsiniz. Bundan sonra ölkə kodunu, şəhər kodunu, abonentin nömrəsini, # düyməsini daxil edirsinis və bundan sonra telefon bağlantısı yaranır.

Misal üçün,
121, PIN-kod, #, 7, 495, 123456#

Nümunə 2: (Türkiyənin Istanbul şəhərinə zəng):

121-ə zəng edirsiniz, PİN-kodu və # düyməsini daxil edirsiniz. Bundan sonra ölkə kodunu, şəhər kodunu, abonentin nömrəsini, # düyməsini daxil edirsinis və bundan sonra telefon bağlantısı yaranır.

Misal üçün,
121, PIN-kod, #, 90, 212, 123456#

Nəzərinizə çatdırırıq ki, «Allo!» kart vasitəsilə edilən telefon zəngi zamanı yığdığınız nömrənin əvvəlində nə «0» nə də «+» işarələrini yığmaq lazım deyil.

Nəzərinizə çatdırırıq ki, telefonunuzu ton rejiminə * düyməsi vasitəsilə keçirə bilərsiniz (121 nömrəsinə zəng etdikdən dərhal sonra).
Bütün əməliyyatlar yalnız ton rejimində həyata keçirilməlidir.

121 nömrəsinə zəng edib, siz aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • Beynəlxalq istiqamətli telefon zəngi
  • Balansınızın yoxlanılması
  • 24-saatlıq müştərilər xidməti ilə əlaqə

PİN-kod 3 dəfə səhv daxil edildikdə siz avtomatik olaraq Müştəri xidmətləri ilə birləşdiriləcəksiniz.