Ümumi məlumat

«Allo!» beynəlxalq danışıq kartları vasitəsilə siz adi telefon aparatlarından dünyanın istənilən ölkəsinə daha ucuz və sərfəli qiymətlə zəng edə bilərsiniz.

Danışıq kartları “Aztelekom” İstehsalat Birliyi tərəfindən təqdim olunan bir xidmətdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi 1992-ci ilin avqust ayında yaradılıb. Birlik öz tabeliyində 54 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Əlibayramlı və Naftalan şəhər, həmçinin 49 rayon Telekommunikasiya Qovşağı), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyi fərdi müştərilərə, korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və infokommunikasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərir.